"Sabah" və "Şamaxı"ya eyni cərimə

15:12 - 9 Dekabr 2022

Bu gün AFFA İntizam Komitəsinin Misli Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları barədə qərarlar verilib.

Sportal.az xəbər verir ki, "Sabah” – “Şamaxı” görüşündə ev sahiblərinin oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə, 2 oyun cəzalanıb, klub isə 1600 manat cərimə edilib.

"Şamaxı"nın müdafiəçisi Elçin Mustafayev də ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

Xəbər xətti