Birinci divizion klubları cərimələndi

15:30 - 9 Dekabr 2022

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Divizionun XIII turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Şamaxı-2” – “Kəpəz-2” oyununa Təcili Tibbi Yardım maşınının gecikməsinə görə ev sahibi 160 manat cərimə edilib.

Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” 40 manat cərimə olunub.

“Zaqatala” – “Turan Tovuz-2” oyununda ev sahibinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“İmişli” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

​“Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün meydan sahibi 80 manat cərimə olunub.

Xəbər xətti