FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan yığması 1296,27 xalla 79-cu sırada qərarlaşıb. Millinin ötən siyahı ilə müqayisədə mövqeyi dəyişməyib.
Reytinq cədvəlinə 2078,5 xalla ABŞ yığması başçılıq edir.
