Portuqaliya milli komandasının futbolçusu Joao Feliks DÇ-2022-nin 1/4 final mərhələsinin Mərakeşlə matçından əvvəl açıqlama verib.
Sportal.az xəbər verir ki, "Atletiko"nun futbolçusu klubundan ayrılacağı iddiaları haqda danışın. 23 yaşlı hücumçu "Klubdan ayrılacağınla bağlı xəbərlər performansına təsir edir?" sualına belə cavab verib:
"Qətiyyən. Tamamilə dünya çempionatına köklənmişəm. Yaxşı mundial keçirmək və portuqaliyalıları xoşbəxt etmək istəyirəm. "Atletiko" məsələsinə dünya çempionatından sonra baxacağam".
saytlarin hazirlanmasi
