Portuqaliya milli komandası DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində Mərakeşlə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Avropa təmsilçisinin baş məşqçisi Fernando Santos açıqlama verib. 68 yaşlı mütəxəssis 1/8 finalın İsveçrə ilə görüşündə ehtiyatda qalan Kriştiano Ronaldo ilə bağlı danışıb:
"Ronaldo həmişə start heyətdə oynamağa öyrəşdiyi üçün bu vəziyyətdən məmnun qalmadı. Mənə "Bunun həqiqətən də yaxşı fikir olduğunu düşünürsən?" sualını verdi. Düşüncələrimi açıqladığım açıq bir söhbət etdik. Təbii ki, o da bunları qəbul etdi. Məncə artıq Ronaldonu rahat buraxmağın vaxtı çatıb. O, mənə millidən ayrılmaq istədiyi ilə bağlı heç nə deməyib. Artıq bu polemikalara son qoymalıyıq".
Qeyd edək ki, Mərakeş - Portuqaliya qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da start götürəcək.
saytlarin hazirlanmasi
