Braziliya milli komandası DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, bu matç "sambaçılar"ın futbolçusu Neymar üçün əlamətdar olub. 30 yaşlı hücumçu əlavə vaxtda fərqlənməklə yığmanın heyətində vurduğu qolların sayını 77-yə yüksəldərək əfsanəvi Peleyə çatıb.
Neymar bu göstəriciyə 124-cü qarşılaşmasında nail olub.
saytlarin hazirlanmasi
