Dünya çempionatında 1/4 final mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda Niderland və Argentina milliləri üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan cənubi amerikalılar yarımfinala yüksəlib.
Argentina yığması yarımfinalda Xorvatiya seçməsi ilə qarşılaşacaq.
Niderland - Argentina 2:2
Qollar: Vaut Veqorst, 83, 90+11 - Nahuel Molina, 35, Lionel Messi, 73 (pen)
Penaltilər seriyası: 3:4
saytlarin hazirlanmasi
