Braziliya millisində Tite dönəmi başa çatdı

10:43 - 10 Dekabr 2022

Dünya çempionatında mübarizəni dayandıran Braziliya milli komandasında baş məşqçi Tite ilə bağlı qərar verilib.

 

Sportal.az xəbər verir ki, federasiya 61 yaşlı mütəxəssislə yola davam etməmək qərarı verib. Uğursuz nəticəyə imza atan təcrübəli çalışdırıcı istefaya göndərilib.

 

Qeyd edək ki, Tite 2016-cı ilin iyun ayından Braziliya milli komandasına rəhbərlik edirdi.

Xəbər xətti