Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin 1/4 final mərhələsinin Niderlandla matçından sonra rəqib futbolçu ilə mübahisə edib.
Sportal.az xəbər verir ki, hadisə 35 yaşlı hücumçu televiziyaya müsahibə verən zaman baş verib. Messi ona baxan "Beşiktaş"ın forvardına "Nəyə baxırsan, axmaq? Get o tərəfə" deyib.
Qeyd edək ki, Niderland - Argentina qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq olan Argentina yığması adını yarımfinala yazdırıb.
saytlarin hazirlanmasi
