Argentina millisi DÇ-2022-nin 1/4 final mərhələsində penaltilər seriyasında Niderlandı məğlub edərək yarımfinala yüksəlib.
Sportal.az xəbər verir ki, cənubi amerikalıların kapitanı Lionel Messi matçdan sonra açıqlamalar verib. 35 yaşlı hücumçu hakimin idarəçiliyindən narazı qaldığını bildirib:
"Matç 2:2 olanda çox əsəbiləşdim. Hakim haqda danışmaq istəmirəm. Çünki, cəza ala bilərəm. Hakim düzgün idarəçilik göstərmədi. FIFA hazır olmayan referilərlə bağlı diqqətli olmalıdır.
Xorvatiya möhtəşəm komandadır. Braziliyadan daha yaxşı oynayaraq yarımfinala yüksəldiklərini deyə bilərəm. Baş məşqçilərinin komandanı çox yaxşı tanımasının üstünlüyünü yaşayırlar. Argentina dünyanın ən güclü 4 komandası arasına adını yazdırdı. Bütün matçlara eyni arzu və istəklə hazırlaşırıq. Çox xoşbəxtik.
Lui van Qaal komandasına yaxşı futbol oynatdığını deyir. Amma mən sadəcə uzun ötürmələr etdiklərini gördüm".
saytlarin hazirlanmasi
