Niderland millisinin baş məşqçisi istefa verdi

12:17 - 10 Dekabr 2022

Niderland milli komandasının baş məşqçisi Luis van Qaal Argentina ilə matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki. 71 yaşlı mütəxəssis vəzifəsindən gedəcəyini deyib. Mətbuat konfransında danışan təcrübəli məşqçi Argentina ilə görüşün onun millidəki son oyunu olduğunu deyib.

 

Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində Argentinaya penaltilər seriyasında məğlub olaraq mundialda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, Luis van Qaal 2021-ci ilin avqust ayından "narıncılar"a rəhbərlik edirdi.

Xəbər xətti