Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-nin Xorvatiya ilə matçından sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu yığma komandadakı karyerasını bitirə biləcəyini deyib:
"Matçın emosiyaları ilə nəsə demək istəmirəm. Mənim üçün nəyin yaxşı, nəyin pis olduğunu düşənməyə çalışacağam. Qapıları tamamilə bağlamaq istəmirəm. Amma yüz faiz milli komandaya qayıdacağımı deyə bilmərəm".
Qeyd edək ki, Braziliya seçməsi 1/4 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq mundialda mübarizəni dayandırıb. Neymar DÇ-2022-də meydana çıxdığı 3 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
