Qətərdə keçirilən dünya çempionatı zamanı bir jurnalist dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, hadisə dünən keçirilən 1/4 final mərhələsinin Niderland - Argentina qarşılaşması zamanı baş verib. Media sektorunda görüşü izləyən ABŞ-dan olan jurnalist Qrant Vahl qəflətən yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Amerika Birləşmiş Ştatlarının Futbol Federasiyası və ölkənin Xarici İşlər Nazurliyi jurnalistin ailəsinə başsağlığı verib.
saytlarin hazirlanmasi
