"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"un müdafiəçisi Samet Akaydının transferini tamamlamaq üzrədir. "Sarı-lacivərtlilər" 28 yaşlı futbolçu üçün onun klubuna 3,5 milyon avro ödəyəcək.
"Fənərbaxça" qış transfer pəncərəsi zamanı təcrübəli mərkəz müdafiəçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Samet Akaydın "Adana Demirspor"a 2021-ci ilin yanvar ayında "Ankara Keçiörengücü"dən transfer olunub. Futbolçu cari mövsümdə Türkiyə Super Liqasında meydana çıxdığı 13 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
