İngiltərə milli komandası DÇ-2022-nin 1/4 final mərhələsində son dünya çempionu Fransa ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Qaret Sautqeyt açıqlama verib. 52 yaşlı mütəxəssis rəqibin çox yaxşı futbolçularının olduğunu deyib:
"Fransa çox yaxşı komandadır. Nə qədər yaxşı hücum xəttinə sahib olduqlarının fərqindəyik. Çox geniş oyunçu seçimləri var. Onları məğlub etmək üçün ən yaxşı oyunumuzu oynamağımız lazımdır.
Matçda dünya səviyyəsində iki hücumçu meydanda olacaq. Şübhəsiz ki, gözlər Mbappe ilə Keynin üzərində olacaq. Ancaq Olivye Jiru Fransa tarixinin ən çox qol vuran futbolçusudur. Antuan Qrizmann da diqqət edilməli oyunçudur. Bizim də çox önəmli ulduz hücumçulaerımız var. Futbolsevərlər üçün çox gözəl bir matç olacağını düşünürəm".
Qeyd edək ki, İngiltərə - Fransa qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
