Argentina millisinə şok: Messi və Martinesi cəza gözləyir

18:38 - 10 Dekabr 2022

FIFA DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandı penaltilər seriyasında məğlub edən Argentina millisinin bir neçə üzvünə intizam işi açıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Cənubi amerikalıların aparıcı oyunçularına cəza verilə bilər.

 

FIFA matçdan sonra hakim haqda "Bu səviyyədə oyuna belə hakimə təyinat vermək olmaz. Referi haqda danışsam, cəza ala bilərəm" deyən Lionel Messi və "Lahos dünya çempionatında gördüyüm ən pis hakimdir. Matç əlavə vaxta getsin deyə əsas vaxta 10 dəqiqə əlavə etdi" deyən qapıçı Emilinao Martinesə intizam işi açılıb.

 

Bundan əlavə topu bilərəkdən Niderland yığmasının ehtiyat oyunçular skamyasına vuran Leandro Paredes və matçdan sonra rəqib futbolçulara əl hərəkəti edən Nikolas Otamendinin hərəkətinə də qiymət veriləcək.

 

Qərarların 13 dekabr tarixində Argentina ilə Xorvatiya arasında baş tutacaq yarımfinal görüşündən öncə açıqlanması gözlənilir.

Xəbər xətti