Feliks "Yuventus"a, Vlahoviç "Atletiko"ya

19:16 - 10 Dekabr 2022

"Atletiko"nun futbolçusu Joao Feliks karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində "Yuventus" maraqlıdır. Bu barədə İtaliya mediası məlumat yayıb.

 

Turin təmsilçisi 23 yaşlı forvard üçün qarşı tərəfə Duşan Vlahoviçi təklif edib. "Atletiko"nun baş məşqçisi bu təklifə isti yanaşır. Danışıqlar müsbət yekunlaşsa, Vlahoviç "Atletiko"ya, Feliks isə "Yuventus"a keçəcək.

 

Qeyd edək ki, "Atletiko" Joao Feliksi 2019-cu ilin yayında "Benfika"dan 123 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Madrid klubunun heyətində meydana çıxdığı 18 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti