Argentina millisinin hücumçusu: "İynə ilə oynayıram"

20:08 - 10 Dekabr 2022

Argentina milli komandasının futbolçusu Lautaro Martines 1/4 final mərhələsinin Niderlandla oyunundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "İnter"in hücumçusu ayağında olan ağrılara görə matçlara iynə ilə çıxdığını bildirib:

 

"Tənqidlər məni məyus edir. Ayağımda zədə var, iynə ilə oynayıram. Baş məşqçimiz Skaloni və komanda yoldaşlarım dəstəklərini əsirgəmirlər. Buna görə onlara təşəkkür edirəm. "İnter"dəki baş məşqçim İnzagi də bu müddət ərzində mənə dəstək oldu".

Xəbər xətti