Portuqaliya milli komandası DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə 0:1 hesabı ilə məğlub olaraq mundialda mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, matçdan sonra Avropa təmsilçisinin futbolçusu Pepe açıqlama verib. 39 yaşlı müdafiəçi hakim idarəçiliyindən narazı olduğunu bildirib:
"Argentinalı hakimin oyunumuzu idarə etməsi qəbuledilməzdir. Niderland - Argentina matçında yaşananlar və Lionel Messinin açıqlamalarından sonra bizim matça argentinalı referi gəlir. Futbol oynayan yeganə komanda biz idik. Məyusuq. Dünya çempionu ola biləcək keyfiyyətə sahib idik, amma bacarmadıq. İkinci hissədə oynamağımıza imkan verilmədi. Hakimin meydandakı davranışını gördükdən sonra Argentinanın çempion olacağı ilə bağlı mərc edə bilərəm.
saytlarin hazirlanmasi
