35 yaşlı qolkiper Huqo Loris Fransa millisinin tarixinə düşüb.
Sportal.az xəbər verir ki, təcrübəli qapıçı DÇ-2022-nin 1/4 final mərhələsinin İngiltərəyə qarşı keçirilmiş matçda meydana çıxaraq yığmada oyun sayında rekorda imza atıb.
O, 143 matçla Lilian Türamı (142) qabaqlayıb. Loris dünya çempionatlarında ən çox oyuna çıxmış Tyerri Anri və Fabyen Bartezi (17) də arxada qoyub. "Tottenhem"in qapıçısının aktiivnəd 18 oyun var.
Xatırladaq ki, Fransa finala çıxmaq uğrunda Mərakeşlə mübarizə aparacaq.
