"Atletiko"(Madrid) Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü üçün hərəkətə keçib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu "Lester"in üzvünü heyətinə qatmaq niyyətindədir. İspaniya təmsilçisinin baş məşqçisi Dieqo Simeona Çağları şəxsən sərəncamında görmək istəyir.
Bu mövsüm türkiyəli müdafiəçi "Lester"in heyətində cəmi iki matça çıxıb.
"Altınordu", "Frayburq"da oynamış Çağlar 2018-ci ildən "Lester"in formasını geyinir.
