Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza DÇ-2022-nin 1/4 finalında ölkəsinin yığmasının Mərakeşə məğlubiyyətini şərh edib.
Sportal.az "Record"a istinadən xəbər verir ki, 73 yaşlı portuqaliyalı siyasətçi Fernando Santuşun rəhbərlik etdiyi kollektivin yarımfinala adlaya bilməməsi haqda bunları deyib:
"Pis gün idi. Daha effektli olan komanda qalib gəldi. Komandaya, növbəti dünya kubokunda oynamaq şansı az olan yaşlı futbolçulara təşəkkür edirəm".
Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşə 0:1 uduzaraq yarımfinala çıxa bilməyib. Afrika təmsilçisi isə finala adlamaq üçün Fransa ilə mübarizə aparacaq.
