İngiltərə milli komandası dünya çempionatları tarixində antirekorda imza atıb.
Sportal.az xəbər verir ki, sözügedən yığma komanda artıq 7-ci dəfə dünya çempionatlarının 1/4 finalında mübarizəni dayandırıb.
İngilislər əvvəllər 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə də, bu mərhələdən uzağa gedə bilməyib.
Xatırladaq ki, Qaret Sautqeyt 1/4 finalda Fransaya 1:2 uduzub.
