Türkiyənin "Hatayspor" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub Burak Bekaroğlu ilə anlaşıb.
25 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Burak "Fatih Karagümrük", "Sakaryaspor", "Boluspor"da, həmçinin Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.
