Almaniya millisinin qapıçısı karyerasını bitirmək istəmir

12:29 - 11 Dekabr 2022

Almaniya millisinin və “Bavariya”nın qolkiperi Manuel Noyer ayağındakı zədə səbəbindən karyerasını bitirmək fikrində deyil.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, təcrübəli qapıçı növbəti mövsümə qədər meydana qayıtmaq və Münhen klubunun əsas qolkiperi olmaq istəyir. 

Bundan əlavə, Noyerin Almaniyada keçiriləcək AVRO-2024-də çıxış edəcəyi gözləyir.

Xatırladaq ki, 36 yaşlı "əlcək sahibi"nin tətil zamanı xizək sürərkən ayağı sınıb. Təcrübəli qolkiper ələmiyyat olunub. Alman futbolçu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Xəbər xətti