İngiltərə milli komandasının hücumçusu Harri Keyn DÇ-2022-nin 1/4 finalında Fransa ilə oyunda (1:2) penaltini vura bilmədiyinə görə üzr istəyib.
Sportal.az “BBC”ə istinadən xəbər verir ki, ingilis forvard həmin epizodu şərh edib:
"Komanda yoldaşlarımla fəxr edirəm. Yaxşı şanslarımız oldu, amma futbolda hər şeyi ən xırda detallar həll edir. Mən komandanın kapitanıyam və həlledici penaltini vura bilmədim. Nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm. Öz qabiliyyətimə arxayın idim. Sadəcə etmək istədiyimi həyata keçirə bilmədim. Qalan vaxtı bununla yaşamalı olacam”.
Xatıraldaq ki, Keyn İngiltərə 1:2 məğlub durumda olarkən təyin edilən penaltini boşa verib.
