Fransa millisinin müdafiəçisi: "Qələbə hər şeyi gözəlləşdirdi"

13:31 - 11 Dekabr 2022

Fransa millisinin müdafiəçisi Jül Kunde DÇ-2022-nin 1/4 finalında İngiltərə üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, Kunde yarımfinala vəsiqə qazanmaqları haqda fikirlərini bildirib: 

"Həqiqətən də çılğın oyun oldu. Bəyəndiyimiz oyunu oynadıq və qalib gəldik. O qədər məsələlər var idi ki, biz yarımfinala çıxmaq istəyirdik, Bunun üçün hər şeyimizi verdik. Ağrılarımız var idi, amma qələbə hər şeyi gözəlləşdirdi".

Xatırladaq ki, Fransa yarımfinalda Mərakeşlə qarşılaşacaq.

 

Xəbər xətti