Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-də Portuqaliya ilə matçda (1:0) komandasının yeganə qolunun müəllifi olan Yussef En-Nesiri haqda xoş sözlər deyib.
Sportal.az FİFA-ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis "Sevilya"da oynayan 25 yaşlı forvard barədə fikirlərini bildirib:
"Mən həmişə Yussef En-Nesiriyə inanmışam. Onu müdafiə edəndə hətta mərakeşli jurnalistlər məni tənqid edirdilər, amma o, buradadır. Tənqidi qəbul etdim və onun ən yaxşı oyunçu olduğunu söyləyirdim. O, Mərakeşin dünya çempionatları tarixində ən yaxşı bombardiridir. Ona həmişə meydandakı enerjisinə görə inanmışam, bu da onun “Sevilya”da oynamasına vadar edir. Yussef Fransa millisindəki Jiru kimi oynayır, komanda üçün çox çalışır. Onunla fəxr edirəm. Yussefin vurduğu qol taleyin ironiyasıdır".
saytlarin hazirlanmasi
