Fransa millisinin üzvü: "Yarımfinaldan sonra final haqda düşünmək olar"

14:35 - 11 Dekabr 2022

Fransa millisinin yarımmüdafiəçi Orelyen Çuameni İngiltərəni məğlub etdikdən (2:1) sonra komandasının DÇ-2022-nin yarımfinalına yüksəlməsini şərh edib.

Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, gənc futbolçu komandasının dünya çempionu olmaq ehtimalı barədə də danışıb:

"Təbii ki, hamımız çox sevinirik. Dünya çempionu olmaq? Əvvəlcə, yarımfinalda qalib gəlmək lazımdır. Mərakeş kimi əla komandaya qarşı hazırlaşmalıyıq. Daha sonra isə final haqda düşünmək olar. Mərakeşə qarşı matç əla alınacaq. Buna əminəm".

Xatırladaq ki, dünya çempionatının yarımfinal mərhələsinin Fransa - Mərakeş görüşü dekabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti