Luis Suarez Neymara dəstək oldu

15:34 - 11 Dekabr 2022

Uruqvay millisinin hücumçusu Luis Suares Braziliya millisinin DÇ-2022-dən ayrılmasından sonra braziliyalı hücumçu Neymarı dəstəkləyib.

Sportal.az xəbər verir ki, təcrübəli hucumçu Neymarın tvitterdəki paylaşımına cavab yazıb:

“Sənə çox qüvvət arzulayıram. Dəfələrlə yıxıldıq, amma davam etmək üçün həmişə güc tapdıq, çünki bu gözəl idman növündə uğur qazanmaq üçün çox mübarizə aparmağa hazırıq. Güclü ol, qardaşım”.

Uruqvay 2022-ci il Dünya Çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməyib, Portuqaliya, Cənubi Koreya və Qana ilə qrupda üçüncü yeri tutub.

Neymar isə Braziliya millisinin dünya çempionatının 1/4 finalında Xorvatiyaya yığmasına penaltilərlə uduzaraq mundialdakı çıxışını dayandırdıqdan sonra tvitterdə bu məğlubiyyətin onu psixoloji cəhətdən məhv etdiyini etiraf edib.

Xəbər xətti