"Kilian Mbappeni dayandıra bildik"

16:53 - 11 Dekabr 2022

"Vest Hem" və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays DÇ-2022-nin 1/4 finalında Fransaya məğlubiyyəti (1:2) şərh edib.

Sportal.az "AFP"yə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu komandasının uğursuzluğu haqda bunları deyib:

"Məncə, bu görüşdə ən yaxşı komanda uduzdu. İnsanlar bizə inanmağa başlayanda, biz də yenə o səviyyəyə çatacağıq. Bütün ölkə bizi dəstəkləyir. Bu, bir neçə ildir ki, baş vermir, biz özümüzlə fəxr edə bilərik, amma siz irəliləməyə davam etməlisiniz, çünki beynəlxalq səviyyədə siz əldə etdiyiniz nailiyyətlərlə mühakimə olunursunuz. Qaret Sautqeyt bizi çoxlarının gözlədiyindən də irəli apardı. Bu mundialda da, belə oldu. Düzgün taktika seçilmişdi. Meydanda aqressiv idik. Kilian Mbappeni dayandıra bildik. Buraxılan iki qol bizim səhvimiz idi, məşqçinin yox".

Xəbər xətti