Rusiya millisinin sabiq üzvü Mario Fernandes peşəkar karyerasını bərpa edəcək.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun hansı komandada oynayacağı hələ dəqiqləşməyib.
32 yaşlı futbolçunun karyerasını Braziliya klublarından birində bərpa edəcəyi konkretləşib.
Yayda isə onun yenidən Rusiyaya qayıda biləcəyi gözlənilir.
Xatırladaq ki, Mario bu il karyerasını başa vurmaq qərarına gəlmişdi.
2009-2012-ci illərdə “Qremio”da oynamış Mario 2012-2022-ci illərdə isə ÇKSA-da çıxış edib.
Fernandes 2017-2021-ci illərdə isə Rusiya millisinin formasını geyinib.
