İngiltərə millisinin bombardiri ola bilər

17:51 - 11 Dekabr 2022

"Tottenhem"in forvardı Harri Keyn İngiltərə millisində 53-cü qolunu vurub.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçu DÇ-2022-nin 1/4 final mərhələsində Fransaya qarşı keçirilən görüşdə fərqlənib.

O, millidəki qol sayında rekordçu Ueyn Runini keçib. Keyn növbəti qolunu da vurarsa, İngiltərə tarixinin bombardiri olacaq.

Xatırladaq ki, İngiltərə Fransaya 1:2 uduzaraq mundialdakı çıxışını başa vurub. 

Xəbər xətti