Ronaldo: "Yuxu dünən bitdi"

19:14 - 11 Dekabr 2022

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeş millisinə məğlubiyyətindən (0:1) yazıb.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçunun yazdığına görə, millisinin heyətində dünya çempionluğunu qazanmaq onun üçün ən böyük arzulardan biri imiş:

"Portuqaliyanın heyətində dünya çempionluğunu qazanmaq ən böyük arzum idi. Bunun üçün mübarizə apardım və bütün gücümü verdim. Mübarizədən və xəyalımdan heç vaxt vaz keçməmişdim. Təəssüf ki, yuxu dünən bitdi. Qəzəblənməyin mənası yoxdur. Sadəcə demək istəyirəm ki, mənim Portuqaliyaya olan sadiqliyim dəyişməyib. Komanda yoldaşlarıma və ölkəmə heç vaxt arxa çevirməmişəm. Daha deməyə sözüm yoxdur. Təşəkkürlər Portuqaliya. Təşəkkürlər Qətər. Xəyal davam etdiyi zamanda gözəl idi. İndi ümid etməliyik ki, zaman hər şeyi öz yerinə qoyacaq".

Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının 1/4 finalında Mərakeşə 0:1 uduzub.

Xəbər xətti