"Mançester Yunayted" Portuqaliya millisinin forvardı ilə maraqlanır.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, Premyer Liqa klubunun diqqətini DÇ-2022-də yeganə het-trik müəllifi Qonsalo Ramoş çəkib.
Mançester təmsilçisi 21 yaşlı forvard üçün “Benfika”ya müraciət edib.
Kriştiano Ronaldo ilə müqaviləyə xitam verildikdən sonra "qırmızı şeytanlar" qış "transfer pəncərəsi"ndə hücumçunu heyətinə qatmaq niyyətindədir.
Ramos bu mövsüm Portuqaliya Superliqasında 11 matçda 9 qol vurub.
Forvard 2020-ci ildən "Benfika"nın əsas komandasında çıxış edir.
saytlarin hazirlanmasi
