"Qarabağ"ın futbolçusu: "Messi yenə dünya çempionu ola bilməyəcək" - MÜSAHİBƏ

19:54 - 11 Dekabr 2022

“Qarabağ” və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Filip Ozobiç “МАТЧ ТВ”yə müsahibə verib.

Sportal.az xəbər verir ki, o, Xorvatiya millisinin Qətərdə keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirib.

- Heç kim Xorvatiyanın 1/4 finala çıxa biləcəyinə inanmırdı. Amma artıq onlar yarımfinaldadırlar. Nə baş verir?
Oyundan əvvəl hamı Braziliya millisinin favorit olduğunu düşünsə də, xorvatlar xarakter göstərə bildi və adını yarımfinala yazdırdı. Buna görə çox xoşbəxtəm.

- Penaltilər seriyasında Xorvatiyanın milli sirri nədədir?
Bəli, belə bir şey var. Xorvatiya heç vaxt penaltilər seriyasında məğlub olmayıb. Beləliklə, penaltilərlə də finala çıxmaq mümkündür.

- Xorvatlar Messini dayandıra bilər?
Messini sevirəm, ona uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi yenə dünya çempionu ola bilməyəcək.

- Niderland - Argentina matçındakı mübahisələri gördünüz?
Bəli, çox çətin oyun idi. Argentinalılar temperamentlidirlər. Düşünürəm ki, Xorvatiya onlarla oyunda daha yaxşı olacaq və qalib gələcək.

- Bu, oyununuzda yenidən baş verə bilər, yoxsa hər şey qaydasında gedəcək?
Argentinalılarla sakit oynamaq çətin olacaq. Onlarla matçda bir-iki qol vurub irəliləmək lazım gələcək.

- Xorvatiyanın ən yaxşı oyunçusu kimdir?
Mənim üçün Luka Modriç həmişə bir nömrədir. Ona görə də adını deyə bilərdim. O, “qızıl top”u qazanan yeganə xorvatdır.

- Dominik Livakoviç DÇ-2022-nin ən yaxşı oyunçusu adına iddia edə bilər?
Bəli, o, yaxşı qapıçıdır. Bir neçə penalti dəf edib. Livakoviç millimiz üçün çox vacib oyunçudur.

- Xorvatiyanın gözəl futbol nümayiş etdirməyən köhnə və ləng komanda olması ilə bağlı söhbətlərə münasibətiniz necədir?
İnsanlar belə deyir. Kim belə danışıbsa, artıq evə yollanıb. Biz isə hələ də buradayıq. Amma biz millini yarımfinalda görürük.

Mirbağırağa

Xəbər xətti