İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt postunda qalacaq.
Sportal.az "İngiltərə Futbol Assosiasiyasına" istinadən xəbər verir ki, milli Qətərdəki dünya çempionatında mübarizəni 1/4 finalda dayandırsa da, onunla yola davam ediləcək.
2016-cı ildən İngiltərə millisini çalışdıran Sautqeytin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
