DÇ-2022: Argentina - Xorvatiya matçının baş hakimi bəlli oldu

10:02 - 12 Dekabr 2022

DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina - Xorvatiya görüşünün hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakimi Daniele Orsatodur. Ona yan xətt hakimləri Çiro Karbone və Alessandro Callatini kömək edəcək. VAR-da isə Massimiliano İrratidir.

Dekabrın 13-də keçiriləcək Argentina – Xorvatiya görüşü saat 23:00-da start götürəcək. 

Xəbər xətti