Rumıniya mətbuatı: "Neftçi"nin baş məşqçisi "Universitatya Krayova"nı çalışdıracaq

10:26 - 12 Dekabr 2022

Laurentsiu Regekampf "Neftçi"dən ayrıla bilər.

Sportal.az "digisport.ro"ya istinadən xəbər verir ki, 47 yaşlı məşqçi ölkəsində işləmək niyyətindədir.

"Ağ-qaralar"In baş məşqçisinin "Universitatya Krayova" ilə razılıq əldə etdiyi iddia olunur. Əgər "Neftçi"dən ayrılarsa, o, məhz bu kluba keçəcək.

Regekampf 2021/2022 mövsümündə adıçəkilən komandaya rəhbərlik edib. Xatırladaq ki, rumıniyalı mütəxəssis ölkə kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə oyunundan sonra "Neftçi"dən ayrılmaq haqda düşünmədiyini bildirmişdi.

Xəbər xətti