"Çelsi" İngiltərə klubuna uduzdu - VİDEO

10:41 - 12 Dekabr 2022

"Çelsi" çempionata verilən fasilədən səmərəli istifadə etmək məqsədilə yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Aston Villa" ilə üz-üzə gəlib.

Abu-Dabidə keçirilən matçda "Aston Villa" 1:0 qələbə qazanıb. Birmingem təmsilçisinin yeganə qolunu Con Makginn vurub.

"Çelsi" Premyer Liqada 14 turdan sonra 8-ci, "Aston Villa" 12-cidir. 

 

Xəbər xətti