"Zirə"nin məşqçilər korpusuna yeni təyinat reallaşıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vüqar Məmməd əsas komandada məşqçilər korpusunda yer alacaq. Onunla ilyarımlıq müqavilə bağlanılıb.
Adıçəkilən məşqçi 2019/20 mövsümündə "Zirə"nin əsas komandasında çalışmışdı.
