Azərbaycanlı güləşçi bürünc medal qazandı

11:16 - 12 Dekabr 2022

Azərbaycan yığma komandasının sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən dünya kubokunda bürünc medal qazanıb.

Sportal.az xəbər verir ki, dünya yığmasının heyətində yer alan 24 yaşlı idmançı yaponiyalı Satoşi Miuraya qalib gəlib- 10:0. Sonradan isə, o, iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyiyə (10:10) sonuncu xal prinsipi ilə uduzub.

Yaponiyaya (9:1) qalib gələn dünya yığması ardından İrana (4:6) məğlub olub və B qrupunda 2-ci yeri tutub. Bürünc medal uğrunda görüşdə isə dünya yığması Gürcüstana 8:2 qalib gəlib. Nurmaqomedov bu matçda Miriani Maysuradzeni 3:0 məğlub edib. Bununla yığma üzvü dünya kubokunda bürünc medal qazanıb.

Sərbəst güləşdə ABŞ dünya kubokunu əldə edib.

Xəbər xətti