"Qarabağ"ın rəqibi İspaniyaya yollandı

11:29 - 12 Dekabr 2022

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" qış hazırlığı üçün İspaniyaya yollanıb. 

Sportal.az xəbər verir ki, komanda Oliva şəhərində toplanışdadır. 

Bir həftə burada məşq edəcək "Gent" daha sonra Belçikaya qayıdaraq hazırlığına davam edəcək. Ağdam klubunun rəqibi ölkə çempionatının ilk dövrəsini 5-ci pillədə başa vurub. 

"Qarabağ"la "Gent"in ilk görüşü fevralın 16-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Belçikada baş tutacaq.

Xəbər xətti