"Bavariya" Manuel Noyerin zədələnməsindən sonra "Monako"da icarə əsasında çıxış edən Aleksander Nübeli geri qaytarmaq istəyir.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Nübel Münhen klubunda Manuel Noyerin əvəzedicisi olmayacağına əmin olmaq istəyir. Belə olarsa, 26 yaşlı qapıçı geri qayıtmayacaq. Yox, o, komandaya əsas qapıçı kimi dəvət edilərsə, Münhenə qayıdacaq.
Noyer zədələndiyinə görə mövsümü başa vurub.
Nübel “Paderborn”, “Şalke”nin qapısını qoruduqdan sonra 2020-ci ildə “Bavariya”ya keçib.
saytlarin hazirlanmasi
