"Mançester Siti" Teo Hernandezlə maraqlanır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "şəhərlilər" fransalı futbolçunu istəsə də, o, "Milan"da qalmaq haqda düşünür.
İddiaya görə, Teo Milanı sevdiyindən başqa şəhərdə yaşamaq istəmir.
Xosep Qvardiola futbolçunu şəxsən sərəncamında görmək niyyətindədir.
Amma bu fakt da, Teonun “Mançester Siti”yə keçməsinə kömək olmayacaq.
