Niderland millisinin qapıçısı paytaxt klubuna keçir

13:49 - 12 Dekabr 2022

Niderland millisinin və "Herenven"in qolkiperi Andris Noppert komandasını dəyişməyə hazırlaşır.

Sportal.az "Voetball International"a istinadən xəbər verir ki, Amsterdam klubu 28 yaşlı qolkiper üçün hərəkətə keçib.

Niderland nəhənginin rəsmiləri Nopperti əsas qapıçı kimi komandaya gətirmək istəyir.

Xatırladaq ki, “Ayaks”ın hazırkı qolkiperi 39 yaşlı Remko Pasver və 40 yaşlı Marten Stekelenburqdur. 

​Noppert indiyə qədər "Herenven", "NAK Breda", "Foccia", "Dordrext" klublarının qapısını qoruyub.

Xəbər xətti