"Real" və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Mundo Deportivo"ya açıqlama verən təcrübəli futbolçu belə danışıb:
"Əlbəttə, Lionel Messi çox böyük fiqurdur. O, onların Argentina millisinin ən yaxşı futbolçusudur.. Onu dayandırmaq bizim üçün çox çətin olacaq. Lakin biz hazırıq və əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, Argentina və Xorvatiya arasında keçiriləcək yarımfinal görüşü sabah baş tutacaq. Bakı vaxtı ilə 23:00-da start götürəcək.
