"Şaxtyor" 21 yaşlı yarımmüdafiəçisini 100 milyona satacaq

14:30 - 12 Dekabr 2022

"Şaxtyor"un idman direktoru Dario Srna komandanın aparıcı üzvü Mixail Mudriki satmağa hazır olduqlarını bildirib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Donetsk klubunun xorvatiyalı rəsmisi yarımmüdafiəçini hansı qiymətə satacaqlarını da söyləyib: 

"Mudriki transfer etmək istəyən klub böyük məbləğ ödəməlidir. Əks halda, klubun prezidenti onu satmayacaq. Cek Qriliş 100 milyon avrodan yüksək qiymətə satılıb. Mudrikin səviyyəsi isə ondan aşağı deyil".

21 yaşlı yarımmüdafiəçinin “Şaxtyor”la müqaviləsi 2026-cı il, dekabrın 31-də başa çatacaq. Donetsk klubunun yetirməsi olan ukraynalı “Arsenal”(Kiyev) və “Desna”da icarə əsasında çıxış edib.

Xəbər xətti