Kosovoda 2022-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, başa çatmaqda olan ilin ən yaxşısı adına "Malyorka"nın hücumçusu Vedat Muriki layiq görülüb. 28 yaşlı forvard ikinci dəfə bu adı qazanıb.
Qeyd edək ki, Medat Muriki "Malyorka"ya mövsümün əvvəlində "Latsio"dan transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 13 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
