Qakponun yerinə norveçli hücumçu

13:35 - 27 Dekabr 2022

Kodi Qakponu "Liverpul"a satan PSV hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, Niderland klubunun əsas hədəfi "Molde"də çıxış edən Ola Brinildsendir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

Eyndhovenlilər 23 yaşlı forvard üçün klubu ilə danışıqlara başlayıb. Yaxın zamanda razılıq əldə ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, "Molde" Ola Brinildseni 2020-ci ilin yayında "Stabek"dən transfer edib. Norveçli hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 23 matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti